Maliyyə Nazirliyi 15 milyon manat məbləğində DOİ yerləşdirəcək

16:41 - 24.08.2018


24 avqust, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə Dövlət Ortamüddətli İstiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki, avqustun 28-də  hər birinin nominal dəyəri 100 manat olmaqla, 15 milyon manat həcmində DOİ satışı üzrə hərrac keçiriləcək.

“İstiqrazların tədavül müddəti 1092 gün, faiz gəlirliyi 9%-dir. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər