Azərbaycanda məktəb formasının qiyməti dəyişməyib

17:32 - 24.08.2018


24 avqust, Fineko/abc.az. Məktəb formasının istehsalı və satışı ilə məşğul olan “Bakı Tikiş Evi” (BTE) tədris ilinə hazırlaşır.

BTE-in satış şöbəsinin rəhbəri Etibar Əzimov deyib ki, məktəb formasının qiyməti dəyişməyib və keçən ildəki səviyyədə qalıb.

“Belə ki, ibtidai sinif şagirdləri üçün formanın qiyməti 40 manat, böyük ölçülü formalar isə 46 manat təşkil edir. 26-54 ölçülü bütün köynəklərin qiyməti  8 manatdır. Ölçüdən asılı olmayaraq, bütün məktəb jiletlərinin qiyməti 8 manatdır”, - E.Əzimov belə deyib.

 

Bütün xəbərlər