Məktəbəhazırlıq qruplarına 13 mindən çox şagird qeydiyyata alınıb

12:42 - 27.08.2018


27 avqust, Fineko/abc.az. Bakı məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu davam edir.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatında deyilir ki,  27 avqust vəziyyətinə əsasən, məktəbəhazırlıq   qruplarına 13 212 uşaq qeydiyyatdan keçib.

“2018-2019-cu dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 15-dən başlanmış qeydiyyat sentyabrın 25-dək davam edəcək. Sənəd qəbulu  sentyabrın 28-dək, həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək aparılacaq”, - məlumatda belə deyilir.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

 

 

Bütün xəbərlər