330x110
 

Oktyabr ayında Azərbaycanda Yaşıl Kart sistemi üzrə 192183 manat həcmində 2954 müqavilə bağlanılıb

03.11.2017,15:28


2017-ci ilin oktyabr ayında Azərbaycanda  Yaşıl Kart sistemi çərçivəsində  2 954 müqavilə  bağlanılıb.

İcbari Sığorta Bürosundan verilən məlumata əsasən, hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 192 183 manat təşkil etmişdir.

“1628 müqavilə Türkiyə və İrana, 1285 Rusiya, Moldova və Ukraynaya, 41 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələrinə dair bağlanılmışdır”, - məlumatda belə deyilir.

Həmçinin qeyd edilir ki,  Yaşıl Kart müqavilələrinin 2213-ü minik, 343-ü yük, 269-u qoşqu, 129-u avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.

2016-cı ildə Azərbaycanda Yaşıl Kart sistemi üzrə 10514 müqavilə bağlanılıb.