Azərbaycan Dövlət Neft Fondunun mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər 6,4 milyard dollara çatdırılıb

15:32 - 27.08.2018


27 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu 2017-ci ildə mənfəət neftinin və qazın satışından 11 030,0 milyon manat və yaxud 6 409,6 milyon manat əldə edib.

ARDNF-in illik hesabatında deyilir ki,  2016-cı ildə neftin orta qiyməti  41,9 dollar, 2017-ci ildə isə 52,9 dollar təşkil etmişdi.

“ARDNF-nin büdcə gəlirləri karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, neftin və qazın ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) və ARDNF-nin vəsaitlərinin idarə  edilməsindən əldə edilən gəlirlər  2017-ci ilin sonuna ARDNF-nin ümumi daxilolmaları 12 137,5 milyon manat (7 065,5 milyon ABŞ dolları) təşkil etmişdir. ARDNF-nin gəlirlərində 2016-cı il ilə müqayisədə dollar ifadəsində 19,9% artım baş vermişdir”, - hesabatda belə deyilir.

Hesabatda deyilir ki, 2017-ci ildə ARDNF-nin büdcə xərcləri 11 015,5 milyon manat (6 373,4 milyon ABŞ dolları) təşkil etmişdir. Bu xərclərin 55,4%-ni dövlət büdcəsinə transfert ödənişləri, 35,9%-ni Maliyyə sabitliyinin təmin edilməsi məqsədilə ARMB-yə transfert ödənişləri, 8,6%-ni strateji layihə və dövlət proqramlarının maliyyələşdirilməsi, 0,1%-ni isə ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər təşkil etmişdir.

 

Bütün xəbərlər