Əbülfəs Qarayev Zaqatalada vətəndaşları qəbul edəcək

16:25 - 27.08.2018


27 avqust, Fineko/abc.az.  Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin avqust ayının 31-də saat 10ºº-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində ( Zaqatala şəhəri, Car küçəsi 1 ) Şəki şəhərindən, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazıla bilərlər.

Bütün xəbərlər