Azərbaycan prezidenti İsmayıllı rayonunda xalçaçılığın inkişafı üçün 2,4 milyon manat ayırıb

17:55 - 27.08.2018


27 avqust, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, bu məqsədlər üçün, dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azərxalça” ASC-yə 2,4 milyon manat ayrılacaq.

Dövlət başçısı həmçinin İsmayıllı şəhərində 48 mənzilli yaşayış binasının tikintisi haqqında sərəncam imzalayıb və bunun üçün 3 milyon manat ayırıb.

Digər sərəncamla  İsmayıllı rayonunda 100  yerlik uşaq bağçasının tikintisi üçün 1,5 milyon manat ayrılıb.

 

Bütün xəbərlər