İlk DOST mərkəzi dekabr ayında Bakıda yaradılacaq

15:20 - 28.08.2018


28 avqust, Fineko/abc.az. 2018-ci ilin dekabr ayının sonlarında Bakıda ilk DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzinin açılışı planlaşdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, mərkəzlər məşğulluq, əmək və sosial müdafiə sahəsində vətəndaşlara 126 növ xidmət göstərəcəklər.

“Hazırda DOST mərkəzlərinin yaradılması üzərində xüsusi hazırlanmış altı qrup işləyir və DOST Agentliyinin yaradılması üzrə işlər də davam etdirilir”, - deyə nazir bildirib.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında DOST mərkəzlərinin yaradılması və fəaliyyəti çərçivəsində qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

 

Bütün xəbərlər