“Atəşgah Həyat Sığorta” ipoteka sığortası və işçilərin sığortası üzrə 101,798 manat ödəyib

15:46 - 28.08.2018


28 avqust, Fineko/abc.az. Azərbaycanda həyat sığortası üzrə fəaliyyət göstərən  “Atəşgah Həyat Sığorta” şirkəti ilin birinci yarısında ipoteka sığortası və işçilərin sığortası üzrə ödənişlərin həcmini açıqlayıb.

Şirkətin məlumatında deyilir ki, “Atəşgah Həyat Sığorta” ipoteka kreditləşməsinin borcalanının həyat sığortası üzrə 20 967 manat və 26 917 manat ödəyib.

“İş yerində qəzalardan sığorta çərçivəsində 41,784 manat və 12,130 manat məbləğində ödənişlər həyata keçirilib”, - məlumatda belə deyilir.

“Atəşgah” şirkətlər qrupu 1996-cı ildə təsis edilib.

 

Bütün xəbərlər