330x110
 

Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi

28.08.2018,16:06


28 avqust, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev  Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Vəliyevin əvəzinə bu vəzifəyə, daha öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Niyazi Bayramov təyin edilib.

İyul ayında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev silahlı hücuma məruz qaldmışdır. Nəticədə icra hakimiyyətinin başçısı ağır odlu silah yaraları almışdır və indiyə qədər  müalicə olunur.