Yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçünmetodik vəsait çap edilib

16:17 - 28.08.2018


28 avqust, Fineko/abc.az.  2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait  çap edilib. Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər. Dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Dərsliklərin elektron variantları www.e-derslik.edu.az və www.trims.edu.azsaytlarında müxtəlif formatlarda mövcuddur.

 

Bütün xəbərlər