Çin hökuməti Azərbaycan Dövlət Baytarlıq Xidmətinə texniki yardım göstərdi

16:38 - 28.08.2018


28 avqust, Fineko/abc.az. Çin hökuməti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə texniki yardım göstərib.

Dövlət Xidmətinin məlumatında deyilir ki,  texniki yardım, “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rayon baytarlıq diaqnostika kabinetlərinin maddi-texniki bazasının gücləndirilməsi layihəsi” çərçivəsində göstərilib.

“Bu gün layihə çərçivəsində alınmış avadanlıqların təhvil-təslim aktının imzalanma və təqdimatı mərasimi keçirilib. Aktı Azərbaycan kənd təsərrüfatı nazirini müavini Seyfəddin Talıbov və Cin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinxua imzalayıblar”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, avadanlıqların çatdırılmasına dair razılaşma ötən ilin may ayında əldə edilib,  yanvarın 13-də isə avadanlıq çatdırılıb və artıq  istifadəyə texniki hazırlıq işləri başa çatıb.

 

Bütün xəbərlər