DOİ yerləşdirilməsi üzrə keçirilmiş hərrac etibarsız hesab edildi

17:40 - 28.08.2018


28 avqust, Fineko/abc.az. Bu gün dövlət ortamüddətli istiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bakı Fond Birjasının məlumatında deyilir ki, Azərbaycan Maliyyə Nazirliyi AZ0106014696 ISIN nömrəli, 15 milyon manat həcmində, 1092 gün tədavül müddətinə DOİ yerləşdirmişdir.

6 investor tərəfindən 4202,3 min manat məbləğində 8 sifariş daxil olmuşdur. İnvestorlar DOİ üçün 87,0792 manat (gəlirlilik 14,4600%) 92,6240 manata (12,0000%) qədər qiymət intervalında sifarişlər təklif etmişlər.

Maliyyə Nazirliyinin qərarına əsasən keçirilmiş hərracın gəlirlilik dərəcələri aşağı olduğundan hərrac etibarsız hesab edilmişdir.

 

Bütün xəbərlər