Azərbaycanda güclü zəlzələ baş verib

18:00 - 28.08.2018


28 avqust, Fineko/abc.az. Bu gün yerli vaxtla saat 16:57-də Lerik rayonu ərazisində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, zəlzələnin maqnitudası 5 baldan çox olub.

“Yaxın yaşayış məntəqələrində zəlzələ 4-3 bala qədər hiss olunmuşdur”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər