Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəsi 89 dəfə pozub

10:12 - 29.08.2018


29 avqust, Fineko/abc.az. Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Kəngərli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Bütün xəbərlər