“Nar” yeni “Full” paketlərini təqdim etdi

14:31 - 6.11.2017


“Nar” tamamilə yeni “Full” paketlərini təqdim etdi. “Full 9”, “Full 14” və “Full 19”, paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayacaqlar.

Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Belə ki, abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təmin etdi.

“Full 9” paketinə qoşulduğu andan etibarən, abunəçi bonus olaraq 300 ölkədaxili dəqiqə və 1,5 GB internet trafiki, “Full 14” və “Full 19” paketlərinə qoşulduqda isə, müvafiq olaraq 450 ölkədaxili dəqiqə, 2 GB internet və 600 ölkədaxili dəqiqə, 2,5 GB internet trafiki qazanır. Paketlərin həcmindən asılı olaraq abunəçinin balansından müvafiq qaydada 9 AZN, 14 AZN və ya 19 AZN çıxılır. Paketi davamlı yeniləyən abunəçinin istifadə etmədiyi bonuslar isə növbəti aya keçir.

Irihəcmli “Full” paketləri və digər məlumatları nar.az internet səhifəsindən öyrənmək olar.

 

Bütün xəbərlər