İlin əvvəlindən Azərbaycanda sığortaçılar 460 milyon manat toplayıblar

11:50 - 29.08.2018


29 avqust, Fineko/abc.az. Yanvar-iyul aylarında Azərbaycanın sığorta şirkətləri 459,9 milyon manat toplayıb və 145,9 milyon manat ödəniş həyata keçiriblər.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata  əsasən, könüllü sığorta növləri üzrə haqlar 334,5 milyon manat, ödənişlər 107,5 milyon manat, icbari sığorta növləri üzrə yığımlar və ödənişlər müvafiq olaraq 125,4 milyon manat və 38,4 milyon manat təşkil edib.

“Yanvar-iyul aylarında sığorta haqlarının 73%-ni könüllü, 27%-ni icbari sığorta növləri təşkil edib, eləcə də sığorta  ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb”, - məlumatda belə deyilir.

Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət göstərir.

 

Bütün xəbərlər