15:43 - 29.08.2018
29 avqust, Fineko/abc.az. Bel ağrısı dedikdə ilk ağla gələn onurğada yırtıq olma ehtimalıdır. Lakin beldə ağrı müxtəlif səbəblərdən yarana bilər. Bunlar hansılardır?
1 – Stress
Stress orqanizmə müxtəlif formalarda təsir edir. Bu təsirlərdən biri də bel ağrısıdır. Stress hormonun təsirindən onurğa və xüsusilə bel nahiyyəsinin əzələləri daimi gərgin olur. Bu bir növ orqanizmin ağır stressə olan reaksiyasıdır. Bu hal xüsusilə işini sevməyən, özünü başqa sahədə daha xoşbəxt hiss edəcəyini düşünən şəxslərdə olur.
2 – Hərəkətsiz həyat tərzi
Fiziki aktivliyin az olması çəki artımı ilə paralel olaraq əzələ və bağların zəifləməsinə və cüzi aktivlikdə belə beldə ağrılara səbəb ola bilir.
3 – Onurğa yırtığı
Onurğa yırtığı ağır fiziki iş, travmalar və s nəticəsində meydana çıxan ciddi xəstəlikdir. Onurğa sütünü fəqərələrin birləşməsindən təşkil olunmuşdur. Hər fəqərələr arasında fəqərəarası disk yerləşir. Bu disk amortizator rolu oynayır və onurğanın hərəkətliliyini təmin edir. Yırtıq disk toxumasının onurğa kanalına doğru yerdəyişməsi nəticədə yaranır. Onurğa beyni və sinirlərə olan təzyiq isə ağrıya səbəb olur.
4 – Narahat kreslo, stul
Kompyuter önündə çalışan ofis işçiləri, avtomobil və ya təyyarədə uzaq səfərə çıxanlar və ya hərəkətsiz vəziyyətdə uzun müddət outran şəxslərdə də beldə ağrı yarana bilər. Əgər bu hal davamlı xarakter alarsa sonradan onurğa yırtığına səbəb ola bilər.
5- Artıq çəki
Artıq çəki bir çox xəstəliklərin səbəbkarı olduğu kimi, bel ağrılarının da səbəbi ola bilər. Belə ki, artıq çəki ilə əlaqədar onurğaya normadan artıq yük düşür və ağrı meydana çıxır.
6 – Narahat yataq
Yatağımız, uzandığımız vəziyyətdə onurğanın bütün şöbələrinə eyni dərəcədə dəstək olmalıdır, xüsusilə bel nahiyəsi ilə yataq arasında boşluq olmamalıdır. Həddən artıq sərt və ya yumşaq yataq bel ağrısına səbəb ola bilər.
7 - Disk sürüşməsi
Ani hərəkətlər, yıxılma, qəzalar zamanı fəqərələri bir-birinə bağlayan bağlarda dartılma baş verir və disk yerini dəyişir. Bu proses çox ağrılıdır. Onurğanın ən hərəkətli şöbələri boyun və bel olduğundan bu problem əsasən bu nahiyyələrdə rast gəlinir.
8 - Əzələ ağrıları
Ağır yük daşıma, uzun gəzintilər və normada etdiyimiz fiziki aktivlikdən artıq hərəkətlər bel bölgəsindəki əzələlərdə ağrının yaranma səbəblərindəndir.
Nə etməli?
Stressdən uzaq olmağa çalışın. Ofis şəraitində və ya oturaq işdə çalışırsınızsa gün ərzində bir neçə dəfə sadə hərəkətlər etməyə çalışın, liftdən deyil pilləkəndən istifadə edin. Çəkinizə nəzarət edin. Orta sərtlikli və ya ortopedik döşəkdən istifadə edin. Ani hərəkətlər etməməyə çalışın, əzələlərin möhkəmliyi üçün həftədə bir neçə dəfə idmanla məşğul olun. Əgər şikayətləriniz keçmirsə və get-gedə artırsa mütləq həkimə müraciət edin.
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
16 Aprel 2024