Azərbaycanın Daxili İşlər naziri və İqtisadiyyat naziri yeni şəxsiyyət vəsiqələrinin verilməsinə hazır olduqlarını bildirdilər

17:30 - 29.08.2018


29 avqust, Fineko/abc.az. Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi yeni şəxsiyyət vəsiqələrinin istifadəsinə həsr olunmuş birgə müşavirə keçirmişlər.

DİN-dən verilən məlumatda deyilir ki, müşavirə nazir Ramil Usubov və nazir Şahin Mustafayevin iştirakı ilə keçirilib.

“Ramil Usubov qeyd edib ki, yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sentyabrın 1-dən başlayır və “İDRAK Technology Transfer” yeni şəxsiyyətlərin verilməsi üzrə hazırlıq prosesini başa çatdırıb”, - məlumatda belə deyilir.

Nazir Şahin Mustafayev öz növbəsində hazırlıq prosesini yüksək qiymətləndirib.

“Nazirlər qeyd ediblər ki, yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsinə hazırlıq işləri dövlət başçısının daim diqqət mərkəzindədir və bütün müvafiq strukturlar 1 sentyabr tarixində yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün hazırdırlar”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər