Azərbaycan neftinin qiyməti bir barelə 77,96 dollar təşkil edir

11:03 - 30.08.2018


30 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,19 dollar (0,24%) ucuzlaşıb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 77,96 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti  29 avqust tarixli ticarətin nəticəsində 0,98 dollar (1,43%) bahalaşaraq bir barelə 69,51 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti 29 avqust tarixli ticarətin nəticəsində 1,19 dollar (1,57%) yüksələrək  bir barelə 77,14 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 29 avqust tarixli ticarətin nəticəsində 7,63 dollar/barelə təşkil edir.

 

Bütün xəbərlər