Azərbaycanda dövlət şirkətlərinin elektron məlumat bazası hazırlanıb

15:41 - 30.08.2018


30 avqust, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi dövlət qurumlarının və hüquqi şəxslərin dövlətin iştirakı ilə elektron məlumat bazasını yaradır.

Komitənin məlumatında deyilir ki, elektron məlumat bazası Dünya Bankının tövsiyəsi ilə formalaşmışdır.

“Bazada kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, hazırda bazada 20-dən çox dövlət müəssisəsinin məlumatları yerləşdirilib.

 

Bütün xəbərlər