Azərbaycanda 34 ton at ətinin qanunsuz idxalının qarşısı alınıb

30.08.2018,17:50


30 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə ixrac edilən  33991,15 kq dondurulmuş ətin ölkəyə idxalının qarşısını alıb.

AQTA-nın məlumatında deyilir ki, ət, “Tursan-İ” MMC-nin sifarişi əsasında Gürcüstanın “G&A Group” şirkəti tərəfindən Ukraynadan idxal edilmişdir.

“Sənəddə ətin mal əti olduğu və beynəlxalq baytarlıq sertifikatına malik olduğu göstərilmişdir, lakin aparılmış laborator təhlilləri nəticəsində ətin at əti olduğu aşkar edilmişdir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, bu istiqamətdə baytarlıq nəzarəti davam etdiriləcək, qeyri-qanuni fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi tədbirlər görüləcək.

 

Açar sözlər: AQTA