Azərbaycan neftinin qiyməti bir barelə 79,03 dollar təşkil edir

10:05 - 31.08.2018


31 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,07 dollar (1,37%) bahalaşıb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,03 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti  30 avqust tarixli ticarətin nəticəsində 0,74 dollar (1,06%) bahalaşaraq bir barelə 70,25 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti 30 avqust tarixli ticarətin nəticəsində 0,63 dollar (0,82%) yüksələrək  bir barelə 77,77 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 30 avqust tarixli ticarətin nəticəsində 7,52 dollar/barelə təşkil edir.

 

Bütün xəbərlər