Bakı-Quba-Rusiya yolunun bir hissəsində rənglənmə işləri aparılır

10:57 - 31.08.2018


31 avqust, Fineko/abc.az. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci kilometrlik hissəsində bu gün üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumata görə, işlər axşam saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Bütün xəbərlər