Məleykə Abbaszadə və “ETS Global” təşkilatının üzvləri ilə ali təhsil müəssisələrinin nümayəndələri arasında görüş keçirilib

11:28 - 31.08.2018


31 avqust, Fineko/abc.az. “ETS Global” təşkilatının nümayəndələrinin Azərbaycana olan 5 günlük işgüzar səfərinin növbəti günündə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə birlikdə ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş təşkil olunub.

İclası giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə xarici dil kimi ingilis dilinin hazırki informasiya əsrində vacibliyini qeyd edib və ölkədə ingilis dilinin yüksək səviyyədə tədrisinin əhəmiyyətindən danışıb.

ETS Global təşkilatının Türkiyə bürosundan nümayəndələri – Akademik və dövlət münasibətləri koordinatoru Zeynep Kaptan və Biznes məsələləri koordinatoru Simla Yuceakın isə yerli imtahanların beynəlxalq səviyyəli imtahanlarla uyğunlaşdırılması baxımından gələcək əməkdaşlıq imkanlarından bəhs edərək bu istiqamətdə ali təhsil müəssisələrini daha fəal olmağa çağırıb.

Bundan əlavə, ETS Global təşkilatının nümayəndələri müxtəlif tələblərə cavab verən imtahanlar, xüsusilə TOEFL imtahanı barəsində iştirakçılara ətraflı məlumat verib və bu sahədə ali təhsil müəssisələrinin DİM-in ETS Global təşkilatı ilə birgə əməkdaşlığına töhvə verməsinin vacib olduğu qeyd olunub. Ali təhsil müəssisələrinin mövcud imkanlarından, kadr potensialından istifadə etməklə ölkədə Azərbaycan dilində beynəlxaq səviyyəli imtahanların təşkilinin mümkünlüyü vurğulanıb.

Bütün xəbərlər