Azərbaycan və Rusiya prezidentlərinin görüşü sentyabrın 1-də Soçidə keçiriləcək

14:33 - 31.08.2018


31 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə sentyabrın 1-də görüşəcək.

Kremlin məlumatında deyilir ki, prezidentlərin görüşü Soçidə keçiriləcək.

 “Sentyabrın 1-də Soçidə rəsmi səfərdə olacaq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə görüşü olacaq”, - məlumatda belə deyilir.

Prezidentlər qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini əhatə edən ikitərəfli gündəmdə əsas məsələləri müzakirə edəcəklər.

Həmçinin aktual beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Danışıqların nəticəsində bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanması gözlənilir.

 

Bütün xəbərlər