Sentyabr ayından etibarən Bakı-Yessentuki-Kislovodsk avtobus marşrutları işləyəcək

15:05 - 31.08.2018


31 avqust, Fineko/abc.az. 13 sentyabr tarixindən etibarən Bakı-Yessentuki-Kislovodsk avtobus reysi həyata keçiriləcək.

Beynəlxalq Avtovağzal Kompleksindən verilən xəbərə əsasən, avtobuslar cümə axşamı günləri saat 17:00-da yol düşəcək.

“Avtobusun Kislovodsk şəhərinə çatma vaxtı növbəti gün saat 9:00-dır. Avtobusun Kislovodskdan geriyə yola düşmə vaxtı bazar günü saat 12:00, Yessentukidən yola düşmə vaxtı isə 13:00-dır”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, biletin bir istiqamətə qiyməti 70.00 AZN təşkil edir. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin yarısı ödənilir.

 

Bütün xəbərlər