Azərbaycanda “Fast Fud”a qarşı mübarizə metodu kimi “Slou Fud”un təbliği başlandı

16:56 - 31.08.2018


31 avqust, Fineko/abc.az. “Slou Fud” (Slow Food)  təşkilatının təşəbbüsü ilə, avqust ayından “Azərbaycanda Böyük Qafqaz regionunun kənd ərazilərində dəyər zəncirinin yaradılmasının təkmilləşdirilməsi” adlı 3 illik layihə başlanıb.

Dövlət Turizm Agentliyinin məlumatında deyilir ki, layihə  “Paşa Travel” şirkəti ilə əməkdaşlıq çərçivəsində, Heyvanların müdafiəsi İctimai Birliyi və Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının tərəfdaşlığı, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.

“İlk mərhələdə “Slou Fud” modellərinin tətbiq olunması üçün Şəki, Qəbələ, Şamaxı, İsmayıllı və Qax rayonları ərazisində həyata keçirilməsi planlaşdırılan layihə çərçivəsində yerli qida məhsullarının istehlakının təşviqi üzrə milli kampaniyanın, Azərbaycanda kənd təsərrüfatının inkişafı üzrə beynəlxalq kampaniyanın, Azərbaycan nümayəndə heyətinin “Slou Fud”un beynəlxlaq tədbirlərində iştirakının nəzərdə tutan tədbirlərin həyata keçirilməsi və nəzərdə tutulub”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, layihə aqro-biomüxtəliflik və mədəni irsin qorunması, yerli qastronomiyanın dəyərinin artırılması, əhalinin gəlirlərinin potensial davamlılığı ilə yanaşı turistik məhsulların inkişafı  kimi müxtəlif məsələləri əhatə edəcək.

Sloufud 1986-cı ildə İtaliyada meydana gələn və daha sonra bir çox ölkəyə yayılmış fast food sisteminə qarşı çıxan bir hərəkatdır. İndi isə, daha əhatəli hərəkatın bir hissəsidir. “Slou Fud”un əsasənda fast fuda oxşamayan, yəni daha sağlam qidalanma təmin edən, həmçinin, milli və regional mətbəxlərin ənənələrini qoyurub saxlayan və ənənəvi ziyafət süfrəsi mədəniyyətini dəstəkləyən ictimai iaşə müəssisələrinin yaradılmasıdır.

 

Bütün xəbərlər