2018-ci ilin 8 ayı ərzində ARDNF 4,2 milyard dollarlıq valyuta satıb

11:10 - 3.09.2018


3 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yerli bazarda xarici valyuta satışlarının şəffaflığını davam etdirir.

ARDNF-nin məlumatına görə, 2018-ci ilin avqust ayında  Fond valyuta hərraclarında 733,7 milyon dollar satıb.

2018-ci ilin iyul ayında ARDNF valyuta həraclarında  536,6 milyon dollar, iyun ayında 439 milyon dollar, mayda 422,7 milyon dollar, apreldə 802,6 milyon dollar, martda 647 milyon dollar, fevralda 364,1 milyon dollar, yanvar ayında isə 299,1 milyon dollar xarici valyuta satıb.

2018-ci ilin 8 ayında ARDNF hərraclarda 4 244,8 milyon ABŞ dolları məbləğində valyuta satmışdır.

2017-ci il ərzində ARDNF hərraclarda cəmi 3597,8 milyon dollar məbləğində xarici valyuta satıb.

 

Bütün xəbərlər