Azərbaycanda dövlət əmlakının daha 111 obyekti özəlləşdirməyə təqdim ediləcək

11:45 - 6.11.2017


6 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə növbəti hərracın keçirilməsini elan etdi.

Komitədən verilən məlumata əsasən, dekabrın ilk hərracı ayın 5-də keçiriləcək.

“Hərraca 111 obyekt, o cümlədən 19 səhmdar cəmiyyəti, 17 kiçik dövlət müəssisəsi və obyekti, həmçinin, 75 qeyri-yaşayış sahəsi təqdim ediləcək”, - məlumatda belə deyilir.

Hərracı onlayn rejimdə izləmək üçün növbəti linkə keçid alın:  https://e-emdk.gov.az/eHerrac/Home/Presentation

 

 

Bütün xəbərlər