Məktəblərdə dərsliklərin paylanılmasına başlanılıb

03.09.2018,13:37


3 sentyabr, Fineko/abc.az. Sentyabrın 3-dən şagirdlər dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər. Dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait  çap edilib.

 

 

Açar sözlər: məktəb