Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tender elan edir

14:33 - 3.09.2018


3 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun İnformasiya sistemlərinə dəstək xidmətlərinin göstərilməsi üzrə xidmətlərin satın alınmasına dair Açıq tender elan edir:

 Tender üzrə ilkin sənədlər 21 sentyabr 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 02 oktyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Təklif zərfləri 03 oktyabr 2018-ci il saat 15.00-da Fondun inzibati binasında açılacaqdır.

Təklifin qüvvədə olma müddəti 16 noyabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 07 yanvar 2019-cu il tarixinədək müəyyən edilmişdir.

Açıq tender ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 133) nömrəli telefona zəng etmək olar.

Bütün xəbərlər