Sentyabrın 4-də gözlənilən hava haqqında məlumat

15:32 - 3.09.2018


3 sentyabr, Fineko/abc.az. Sabah, sentyabrın 4-də Bakıda və Abşeronda hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 19-23, gündüz 27-32,  Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz 35-45% təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sentyabrın 4-də dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Gecə 17-22, gündüz  29-34, dağlarda gecə 9- 14, gündüz  18-23 dərəcə isti olacaq.

 

Bütün xəbərlər