TDƏŞ-ın növbəti sammiti Azərbaycanda keçiriləcək

03.09.2018,16:06


3 sentyabr, Fineko/abc.az. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  (TDƏŞ) növbəti sammiti Azərbaycanda keçiriləcək.

"İnterfaks" ın məlumatına görə, bu barədə təşkilatın baş katibi Bağdad Həmrəyev bazar ertəsi günü bildirib.

“Özbəkistan TDƏŞ-in üzvü deyil, lakin bir neçə ildir ki, sammitlərdə iştirak edir. Özbəkistanın üzvlüyü yaxın günlərdə rəsmiləşdiriləcək, bunun üçün bütün əsaslar var”, - Qırğızıstanın şimalında yerləşən Çolpon-Ata şəhərində keçirilən Sammitin yekununda Bağdad Həmrəyev bunu deyib.

Bağdad Həmrəyevin sözlərinə görə, Qırğızıstanda keçirilən sammitin sonunda Şuranın üzv ölkələri arasında əməkdaşlıq səviyyəsinin  inkişaf etdirilməsi məqsədilə bir sıra sənədlər imzalanıb.

TDƏŞ-na  Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir. Macarıstan və Özbəkistan liderləri sammitdə şərəfli qonaqlar qismində iştirak edirdilər.