2018-ci ilin 7 ayı ərzində “Azərkosmos”un telekommunikasiya xidmətlərinin satışından əldə etdiyi gəlirlər 14 milyon dollar təşkil edib

16:55 - 3.09.2018


3 sentyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-iyul aylarında “Azərkosmos”un xidmətləri 22 ölkəyə ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir ki, “Azərkosmos” ASC-nin iki peykin kommersiya istismarından əldə edilən gəlirləri 2018-ci ilin yanvar-iyul aylarında 14 milyon dollar təşkil edib. 

Qeyd edilən dövr ərzində xidmətlərin ixracından əldə edilən gəlirlər “Azərkosmos”un ümumi gəlirlərinin 87%-ni təşkil etmişdir.

2018-ci ilin iyul ayında “Azərkosmos” ASC 1,3 milyon dollarlıq xidmət göstərmişdir.

“Azərkosmos”un  resurslarından istifadə edən əsas ölkələr Fransa, BƏƏ, Gürcüstan, Almaniya, Çin, Rusiya, Misir, Cənubi Afrika Respublikası, Kipr, Polşa, İran, Qırğızıstan, Livan, Ukrayna, Böyük Britaniyadır. Ümumiyyətlə, təxminən 20 ölkə cəmiyyətin xidmətlərindən istifadə edir.

 

Bütün xəbərlər