SOCAR Tower binası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə $414 milyona başa gəldi

11:59 - 6.11.2017


6 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni binasının tikintisinin podratçısı olan “Tekfen” türk şirkəti,  SOCAR Tower binasının dəyərini elan etdi.

Şirkətin məlumatında deyildiyi kimi, Heydər Əliyev prospektində yerləşən binanın tikintisi cari ilin sentyabr ayının 15-də başa çatdırılmışdır.

Şirkətin məlumatında deyilir: “Binanın qiyməti  $414237659 təşkil edir. Bu günə kimi görülən  işlərin 99,2%-i yerinə yetirilmişdir. İşlərin qalan hissəsi  isə $3286310  dəyərində qiymətləndirilir”. 

 

 

Bütün xəbərlər