“Aqrolizinq” ASC pambıq yığımı üçün mexanizatorlara təhukəsizlik geyimi paylayıb

11:05 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndə heyəti Ağsu rayonuna səfər edib. Səfərdə məqsəd pambıq yığımı ərəfəsində fermerlər üçün maarifləndirici tədbir keçirmək olub.

Rayonun Navahı kəndində 11 hektarlıq pambıq sahəsində keçirilən tədbirdə fermerlərə kombaynla yığıma hazırlıq qaydaları, pambıq kollarının defolyasiyası prosesi barədə məlumatlar verilib. Tədbir çərçivəsində iştirakçılara həmçinin "Aqrolizinq" ASC-nin bazasında olan defolyantlar, onların aqrotexniki qaydalara uyğun tətbiqi qaydaları və təhlükəsizlik geyimləri barədə geniş məlumat verilib, defolyantlar və geyimlər traktorçulara təqdim edilib.

Qeyd edək ki, cari il ərzində təhlükəsizlik geyimləri respublikanın bütün rayonlarında pambıq yığımında iştirak edən mexanizatorlara təqdim ediləcək.

 

Bütün xəbərlər