330x110
 

Gənc kursantlar atış çalışmalarını yerinə yetirir/Foto

04.09.2018,11:32


4 sentyabr, Fineko/abc.az. 4 sentyabr, Fineko/abc.az. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin birinci kurs kursantları ilkin hərbi hazırlıq çərçivəsində atıcı silahlardan atış çalışmalarını icra edirlər.

Təlim sahələrinin rəhbərləri hazırlıq məşqlərinə cəlb olunan heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər. Gələcək zabitlərin keyfiyyətli hazırlığı məqsədilə keçirilən praktiki atışlardan əlavə gənc kursantlar müxtəlif təlim sahələrində tədris tapşırıqlarını yerinə yetirirlər.

Çalışmaların yekununda gənc kursantlar əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.