2018-ci ilin 8 ayı ərzində ARDNF-nin mənfəət neftin və qazın satışı üzrə gəlirləri 6,7 milyard dollara çatdırıldı

11:39 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan və “Şahdəniz” yatağından kondensatın satışından əldə etdiyi gəlir 6,656 milyon dollar təşkil edib.

ARDNF-dan verilən məlumata əsasən, o cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər  115 milyon dollar təşkil edib.

ARDNF-in məlumatında əsasən,  AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 2001-ci ildən etibarən 1 sentyabr 2018-ci il tarixinə qədər 135 142 milyon dollar təşkil edib. “Şahdəniz” yatağından qazın satışından isə 2007-ci ildən etibarən 1 sentyabr 2018-ci il tarixinə qədər  2 506  milyon dollar əldə edilib.

 

Bütün xəbərlər