Valyuta hərracı nəticəsində Azərbaycanda ABŞ dollarının qiyməti dəyişmədi

13:24 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti hərrac keçirib.

“Sentyabrın 4-də Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu hərrac keçirmişdir.  Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - məlumatda belə deyilir.

Avqustun 30-da keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər