Azərbaycan şərabları beynəlxalq şərab müsabiqəsində mükafata layiq görülüb

15:11 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az. Azərbaycan şərabları Çinin Urumçi şəhərində keçirilən “6-cı Çin-Avrasiya” Sərgisində mükafatlandırılıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, “Şanxay Beynəlxalq Şərab Yarışı”  “İnternational Wine Challenge” müsabiqəsi çərçivəsində, dünyanın nüfuzlu şərab şirkətlərinin iştirakı ilə keçirilib.

“İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın qabaqcıl şərab istehsalçıları“Şanxay Beynəlxalq Şərab Yarışı”nda iştirak ediblər”, - məlumatda belə deyilir.

Müsabiqə qaydalarına uyğun olaraq, Azərbaycanın şərabları dequstasiyadan keçirilib və yüksək mükafata layiq görülüb.

 

Bütün xəbərlər