BNA birinci kurs tələbələri üçün məlumatlandırma xarakterli videoçarx hazırlayıb

04.09.2018,15:49


4 sentyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi məlumatlandırma xarakterli daha bir videoçarx hazırlayıb.

Agentliyin məlumatına əsasən, video yeni tədris ilinin başlanmasına həsr olunub və Bakıda yerləşən bütün ali məktəblərinin ünvanları və həmin ərazidən keçən müntəzəm marşrut xətləri ilə bağlı məlumatlar əks etdirib.

“Videoçarxın hazırlanmasında məqsəd, tələbə adını yeni qazananların qəbul olduqları ali məktəbə ictimai nəqliyyatdan istifadə etməklə getməsini asanlaşdırmaqdır”, - məlumatda belə deyilir.

BNA bu il ali təhsil müəssisələrinə daxil olanları təbrik edər və onlara müvəffəqiyyətlər arzu edir.

 

 

Açar sözlər: BNA