Etibar Pirverdiyev “Azərenerji”nin prezidenti vəzifəsindən azad edildi

16:36 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Etibar Pirverdiyev “Azərenerji” ASC-in prezidenti vəzifəsindən azad edilib.

Dövlət başçısının saytında xəbər verilir ki, “Azərenerji” ASC-in prezidenti vəzifəsinə  Balababa Rzayev təyin edilib.

Azərbaycan prezidentinin digər sərəncamı ilə, Balababa Rzayev “Azərişıq” ASC-in sədri vəzifəsindən azad edilib.

 

Bütün xəbərlər