Avqust ayında Azərbaycanda pul bazası iyul ayı ilə müqayisədə 6,42% azalıb

17:02 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az.  2018-ci ilin avqust ayında Azərbaycanda pul bazası 570,7 milyon manat (6,42%) azalıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 1 sentyabr 2018-ci il tarixində Azərbaycanda pul bazası 8318,2 milyon manat, 2018-ci ilin avqustun 1-də 8888,9 milyon manat, iyulun 1-də 8588,0 milyon manat, iyunun 1-də 8404,4 milyon manat, mayın 1-də 8413,0 milyon manat, aprelin 1-də 9471,0 milyon manat, martın 1-də 9180,6 milyon manat, fevralın 1-də 8761,6 milyon manat  və yanvarın 1-də 8543,2 milyon manat  təşkil edib.

Azərbaycanda pul bazası 2018-ci ilin yanvar-avqust aylarında 225 milyon manat və ya 2,63% azalıb.

 

Bütün xəbərlər