Şəmkirdə avtomobil yolunun tikintisinə 4,8 milyon manat ayrılıb

09:31 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Azərbaycan prezidenti Şəmkir rayonunda avtomobil yolunun tikintisi üçün 4,8 milyon manat ayırıb.

Dövlət başçısının rəsmi saytında xəbər verilir ki, sentyabrın 4-də prezident İlham Əliyev Şəmkir rayonunun Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Sərəncam imzalayıb.

“71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon  manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb”, - prezidentin sərəncamında belə deyilir.

Azərbaycan Maliyyə Nazirliyi  Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Bütün xəbərlər