Bu gün Bakının Binəqədi rayonunda suyun verilməsində fasilələr olacaq

10:49 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. “Azərsu” ASC abunəçilərini içməli suyun verilməsində fasilələrin olacağı barədə xəbərdar edir.

“Azərsu” bildirir ki, fasilələr S.S.Axundov küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə bağlıdır.

“5 sentyabr 2018-ci il tarixində gün ərzində 7-ci və 8-ci mikrorayonların, həmçinin Azadlıq prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər