“Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsini DİM-in saytından əldə etmək olar

11:05 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsini nəşr etmişdir. Jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul olanların siyahısı, müsabiqə nəticələrinə görə alınmış keçid balları və digər zəruri məlumatlar təqdim olunmuşdur.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid:http://eservices.dim.gov.az/ejurnal/ ).

 

 


Bütün xəbərlər