Səyyar formada məşğulluq xidmətləri göstərilib

11:56 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzi müvafiq texniki avadanlıqlarla təmin edilmiş xüsusi nəqliyyat vasitəsindən istifadə olunmaqla “Səyyar məşğulluq xidmətləri” adı altında tədbir təşkil edib.  

Rayonun qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı ərazisində (7-ci mikrarayon, A.Kunanbayev küçəsi, 7 A) yerli əhaliyə məşğulluq xidmətləri və aktiv əmək bazarı proqramları, o cümlədən özünüməşğulluq proqramı, peşə hazırlığı kurslarının təşkili, habelə mövcud vakansiyalar barədə məlumat verilib.

Müraciət edən işaxtaran vətəndaşlardan 21 nəfərə işləmək istədikləri və əmək qabiliyyətlərinə uyğun vakant iş yerlərinə yerindəcə göndərişlər verilib.

Sosial cəhətdən həssas qruplardan olan ayrı-ayrı şəxslərlə fərdi qaydada söhbətlər aparılıb. Onlardan hazırda işləməyən və kiçik ailə biznesini yaratmaq üçün potensialları olan 10 nəfər müəyyən edilib və özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata götürülüblər. İxtisası və peşəsi olmayan, buna görə işə düzəlməkdə cətinlik cəkən 12 nəfər üçün peşələrə yiyələnmək istəkləri nəzərə alınmaqla, peşə hazırlığı kurslarının təşkil edilməsi qərara alınıb.

 

Bütün xəbərlər