Kartof idxalı üzrə gömrük rüsumu artırılıb

11:40 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Sentyabrın 5-dən etibarən Azərbaycana idxal olunan kartofun idxal rüsumu ikiqat artıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti bu gün “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri va ixrac gömrük rüsumlarının dərəcələri”nə düzəlişlər etmişdir.

Həmin düzəlişin təşəbbüskalrları Kənd Təsərrüfatı Nazirliyi,  Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsidir.

Düzəlişə əsasən, sentyabrın 5-dən etibarən 0701 90 500 0 (təzə kartof, yanvarın 1-dən iyunun 30-na qədər)  kodu üzrə və  0701 90 900 0 (digər) kodu üzrə malların idxalından 30% dərəcə rüsum tutulur, daha əvvəl isə bu rəqəm 15% idi.

Həmin rüsum 31 oktyabr 2018-ci il tarixinə qədər etibarlıdır.

 

Bütün xəbərlər