Elvin Xoca Qəniyev Berlində keçirilən beynəlxalq müsabiqədə qızıl medal qazanıb

12:55 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Əməkdar artisti, gənc istedadlı skripkaçı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilmiş Elvin Xoca Qəniyev Berlində keçirilən Beynəlxalq musiqi müsabiqəsində qızıl medal qazanıb. Müsabiqənin münsiflər heyəti ABŞ, Fransa, Çexiya, İtaliya, Rusiya, Almaniya, Norvec və Polşadan Eduard Qraç, Pyer Amoyal, Marko Ritsi, Jerrom Perno,  Kirill Trussov, Linn Çanq, İvan Ştraus, Zvi Karmelli,  Kristov Bakovski, Frantişek Briksius,  İoqannes Qoritski, Audun Andre Sandvik, Kristov Bakovski  kimi dünyaca məşhur 13 musiqiçidən ibarət idi. Müsabiqədə dünyanın hər yerindən 18-35 yaş arası skripkaçılar iştirak ediblər.

Münsiflər heyəti nəticələri elan edərkən Elvinin musiqi duyumunu, ifa zamanı səslənmənin dərinliyini, parlaq texnika və əsərlərin xüsusi intepretasiyasını qeyd ediblər. Münsiflər azərbaycanlı musiqiçiyə gələcək uğurlar arzulayaraq, onun dünya karyerasına artıq hazır olduğuna əminliklərini bildiriblər.

 


Bütün xəbərlər